MƏDƏNİYYƏT


“YARAT” da növbəti ustad dərsi müasir xoreoqrafiyanın əsaslarına həsr ediləcək

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 5-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı gənc xoreoqraf və rəqqasə Alyona Veselovanın rəhbərliyi ilə ustad dərsləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, usta dərsində iştirak edənlər müasir xoreoqrafiyanın əsaslarını və rəqs improvizə prinsiplərini öyrənə biləcəklər. İmprovizasiya rəqqasın hərəkətinin azadlığını, onun vücudunun hərəkətdə öyrənməsini nəzərdə tutur.

Proqram, iştirakçıların müxtəlif bilik səviyyələrini nəzərə alaraq tərtib olunub.

Rus dilində aparılacaq ustad dərslərində hər kəs iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.