MƏDƏNİYYƏT


“YARAT” qeyri-kommersiya təşkilatının dəstəyi ilə “e•phem•er•a” sərgisi açılıb

Bakı, 22 dekabr, AZƏRTAC

Bakı Müasir İncəsənət Muzeyində açılmış “e•phem•er•a” sərgisi YARAT qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilən gənc kuratorların sərgiləri seriyasından üçüncüsü oldu.

Mifoloji mövzu ilə birləşmiş kurator ideyası, bu səkkiz rəssamın işlərinə söykənib: Eliyar Əlimirzəyev, Rasim Babayev, Kamal Əhməd, Zakir Hüseynov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və Altay Sadıqzadə.

Hər şeyin mərkəzində - usta rəngkarların əsərlərində və klassiklərin poetik sətirlərində təsvir olunmuş mif durur: çoxsaylı tablolardakı obrazları və ədəbi əsərlərdə şifrələnmiş obrazları bir-biri ilə əlaqələndirən görünməz bağlar, məna paralelləri, tarix və əsrlər boyunca formalaşmış rəmzlər və alleqoriyalar. Müəlliflərin fikrincə, bütün bunlar bizim özümüzü və indiki çağımızı xarakterizə edir.

Muzey ilə “YARAT” təşkilatının əməkdaşlığı, artıq bir ildən çoxdur ki, əməkdar rəssam və kurator Səbinə Şıxlinskayanın “Kurator-mediator təcrübələri” adlı ustad-dərsi nəticəsində əmələ gəlib.

2014-cü il ərzində muzeyin baş sərgi salonunda artıq NUDAVERITAS və MEGAPOLIS layihələri təqdim olunub. Bu layihələri – muzey kolleksiyalarına yenidən baxılması işində uğurlu eksperiment hesab etmək olar. Hər iki halda, maarifləndirici kurs çərçivəsində yaranmış fikir, tam dəyərli art-layihə ölçülərinə qədər böyüyə bilib. Layihələrin iştirakçıları “MoMA”nın arxiv və ehtiyatlarına zaman məhdudiyyəti olmadan daxil olmaq imkanı, tamaşaçılar isə tanış süjetlərin yeni oxunuşuna hüdudsuz vəsiqə qazanıblar.

Layihənin ideyası Leyla Ağayevaya məxsusdur, kurator Samira Sefidir.

Sərgi 2015-ci il yanvarın 19-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.