MƏDƏNİYYƏT


“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də “YARAT” Film Klubunun təşkilatçılığı ilə “Rus filmləri həftəsi” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, həftə ərzində iştirakçılar Rusiya istehsalı olan üç filmə - “Van Qoqlar”, “Annanın müharibəsi” və “Aleksandr Xristoforovun əbədi həyatı” adlı ekran əsərlərinə baxa biləcək.

Filmlərin təqdimatı “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

“YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq filmlərin təqdimatında hər kəs iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.