MƏDƏNİYYƏT


“YARAT”da “Səmavi” tamaşası nümayiş olunacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor və xoreoqraf Raulə Rzayevanın və Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun teatr monolayihəsi olan "Səmavi" tamaşası təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, tamaşa “YARAT” Freestyle proqramı çərçivəsində nümayiş olunacaq.

Tamaşa müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” adlı pyesi əsasında səhnələşdirilib.

Yaşından, həyat təcrübəsindən və şəraitindən asılı olaraq hər kəs "Səmavi" tamaşasında özünə lazım olanı tapacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.