MƏDƏNİYYƏT
“YARAT”da “Yarımçıq qalmış” tamaşasının yaradıcı heyəti ilə görüş olub
Bakı, 6 sentyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim olunmuş "Yarımçıq qalmış" tamaşasının yaradıcı heyəti ilə görüş keçirilib. Bu səhnə əsəri Yefim Abramov və Leyla Bəyim Cəfərovanın müəllifi olduğu "Xəyalpərvər oğlan" pyesi əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, əsər Aprel döyüşlərində həlak olmuş gənc heykəltəraş Samir Qaçayevin simasında, Qarabağ müharibəsində həlak olmuş bütün şəhidlərə ithaf edilib.
Ədəbiyyat Klubu çərçivəsində reallaşan görüşdə tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, əsərin müəlliflərindən biri Leyla Bəyim Cəfərova, rolların ifaçıları Elnur Kərimov, Günel Məmmədova, Elşən Rüstəmov, Zemfira Əbdülsəmədova, Manaf Dadaşov və digər aktyorlar iştirakçıların suallarını cavablandırıblar.
Tədbirdə tamaşadan səhnələr göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]