MƏDƏNİYYƏT


“YARAT”da canlı musiqi axşamı təşkil ediləcək

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 24-də “YARAT” Müasir İncəsənət Mərkəzində 70-80-ci illərin populyar musiqilərindən ibarət musiqi axşamı təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, musiqili gecədə respublikanın tanınmış ifaçıları parlaq çıxışları ilə bir araya gələcək. Həmçinin gecədə ifaçıları pianoçu, bəstəkar Elçin Məmmədov, baraban ifaçısı Əməkdar Artist Tofiq Cabbarov və Azərbaycan Dövlət Simfonik Orkestrin solisti, kontrabasçı Eldar İsababayev müşayiət edəcəklər.

Gecədə iştirak etmək istəyən hər kəs müraciət edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.