MƏDƏNİYYƏT


“YARAT”da immersiv performans təqdim edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da “YARAT” Müasir İncəsənət Mərkəzində ssenarist Nigar Sultanova və xoreoqraf Nigar İbrahimbəyli tərəfindən immersiv performans təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbir koreyalı rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” sərgisi çərçivəsində təşkil edilib.

Performans, nənədən-nəvəyə davranış stereotiplərinin ötürülməsi mövzusunu və bu stereotiplərin hər bir nəslin həyatına göstərdiyi təsiri araşdırır. Bir nəsildən digərinə ötürülən bəzi hekayələr, kollektiv şüursuzluğu formalaşdıran və həyəcan doğuran həyat fonu yaradaraq, gizli qorxulara səbəb ola bilər. Performans, mədəniyyətimizə, eyni zamanda, mənfi və müsbət təsir göstərən bu hekayələri vizuallaşdırmağa kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.