MƏDƏNİYYƏT


“YARAT”da indoneziyalı sənətkarlarla görüş

Bakı, 13 sentyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində İndoneziyanın məşhur musiqiçi və rəssamları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində tədbir iştirakçıları İndoneziyanın zəngin mədəniyyəti və incəsənəti ilə qiyabi şəkildə yaxından tanış ola biliblər.

Tədbirdə İndoneziyanın “KunoKini” qrupu tərəfindən hazırlanmış musiqi performansı və “G4 studio"nun yaratdıqları mural art (divar, tavan və digər irihəcmli sahələrdə müasir naxış və rəngkarlıq sənəti) nümunələri təqdim olunub. Eyni zamanda, qonaqlara sözügedən ölkənin mədəniyyəti ilə bağlı məlumatlar verilib.

Qeyd edək ki, görüş Bakıda keçirilən ikinci İndoneziya Mədəniyyəti Festivalı çərçivəsində gerçəkləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.