MƏDƏNİYYƏT


“YARAT”da təqdim ediləcək növbəti tamaşa “Telefon” adlanır

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da “YARAT” Teatr Klubu çərçivəsində “Telefon” tamaşası təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” hekayəsi əsasında səhnələşdirilmiş tamaşa müasir interpretasiyadır və bir təsadüfi hadisənin, iki tanış olmayan gənc arasında yaranmış telefon söhbətinin onların həyatını necə dəyişə bilməsindən bəhs edir.

Ssenari müəllifi və quruluşçu rejissoru Leyla Qurbanova olan tamaşada rolları aktyorlar Mikayıl Bayramov, Ləman Sadıqova, Kamal İbrahimov və Ramazan Babayev ifa edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.