MƏDƏNİYYƏT


“YARAT”ın virtual sərgisi davam edir

Bakı, 16 oktyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan “Virtual Artım” sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində uşaqlara yeni sərgi ilə tanış olmaq, öz robot- avatarlarını yaratmaq, habelə əsərlərini hazırlayıb, izləyicilərlə bölüşmək şansı verilib. Moderatoru Mina Abbasova olan layihə hər həftənin şənbə və bazar günləri təşkil olunur.

Qeydiyyat və virtual məkanın tətbiqindən istifadə barəsində məlumat üçün 0502469292 nömrəsinə bazar ertəsindən cümə gününə kimi saat 10:00-18:30-dək müraciət etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.