CƏMİYYƏT


“YAŞAT” Fondu: Məişət şəraitinin yaxşılıaşdırılması istiqaməti üzrə 8 mindən çox müraciət təmin edilib VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

"YAŞAT" Fondu tərəfindən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 738, itkin ailə üzvlərinin 5 və yaralıların 4 min 746 müraciəti olmaqla ümumilikdə 8 min 489 müraciət təmin edilib.

AZƏRTAC xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, ötən il sentyabrın 27-dən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə hər bir körpənin anasına min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.