CƏMİYYƏT


“YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir

Bakı, 16 avqust, AZƏRTAC

“YAŞAT” Fondu şəhidimizin ailə üzvləri və qazimiz üçün müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, şəhidimiz Cəmaləddin Ağayevin anası Pürüzə Ağayeva və müharibə əlili Telman Qasımovun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Şəhidimizin ailə üzvləri və qazimiz üçün Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.