CƏMİYYƏT


“YAŞAT” Fonduna müraciət edən 12 mindən çox şəxsin 26 mindən çox müraciəti öhdəliyə götürülüb

Bakı, 24 iyun, AZƏRTAC

“YAŞAT” Fondunun nümayəndələri ölkə ərazisində 2 min 927 şəhidin ailə üzvləri, habelə 5 min 599 yaralı olmaqla ümumilikdə 16 min 966 şəxslə görüşüb, ehtiyaclarını qeydə alıblar. Fonda müraciət etmiş 12 min 526 şəxsin 26 min 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 min 848-dır.

AZƏRTAC xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransında deyib.

E.Hüseynov qeyd edib ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 36 milyon 892 min 200 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üzrə 546 min 346 manat 40 qəpik, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 6 milyon 336 min 540 manat 51 qəpik, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 17 milyon 339 min 670 manat 95 qəpik vəsait xərclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.