“YAŞAT” Fondunun tibb istiqaməti üzrə dəstəyi davam edir
AzerTAg.az
Bakı, 29 noyabr, AZƏRTAC
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə “YAŞAT” Fondu tərəfindən işlər davam etdirilir. Müharibə əlili Arif Niftəliyevin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Fond tərəfindən ziyarət olunan şəhid ailə üzvlərinin və yaralıların ümumi sayı 17 min 640, öhdəliyə götürülən şəxslərin sayı 14 min 633, müraciəti qeydə alınan yaralıların sayı isə 6 min 200 nəfərdir. “YAŞAT” Fondu tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (yashat.gov.az) bölməsindən əldə etmək olar.


Xəbərin mətnində orfoqrafik səhv var