CƏMİYYƏT


“YAŞAT” düşərgəsi zəngin proqramı ilə davam edir

Bakı, 15 iyul, AZƏRTAC

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, düşərgənin üçüncü günündə səhər idmanın ardından iştirakçılar üçün fərdi psixoloji konsultasiya təşkil olunub.

Sonra dövlət agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə yaradıcı intellekt müsabiqəsi – “Spagetti körpüsünün qurulması” yarışı təşkil olunub.

Uşaqlar, həmçinin yunan-Roma güləşi üzrə dünya çempionu, Birinci Avropa Oyunlarının qalibi və Olimpiya mükafatçısı Rasul Çunayevlə görüşüb, xoş idman vaxtı keçiriblər.

Düşərgə çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı və musiqili əyləncə saatı da təşkil olunub.

Düşərgə müddətində tərəfdaş qurumlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, səhnəciklər, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyaların keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Həyat”, “Bravo”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “Gazelli Group”, “Amo Group”, “Rabitəbank”, “Decoria”, “Port of Baku”, “Ali Nino”, “Mango, “Next”, “Slavyanka”, “Shokki Mokki”, “Panda Kids”, “Civil”, “Oven”, “Azərsun”, “Gallery Kids”, “Setex group”, “Happy day cake”, logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.