CƏMİYYƏT


“YAŞAT” düşərgəsinin altıncı həftəsi başlayıb

Bakı, 16 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin sonuncu - altıncı həftəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu həftə düşərgəyə 15-17 yaş aralığında Yevlax, Mingəçevir, Şəmkir, Abşeron, Daşkəsən, Bakı, Tərtər, Gəncə, Sumqayıt, Füzuli, Beyləqan, Astara, Masallı, Bərdə, Biləsuvar, İsmayıllı, Lənkəran və Bərdədən 47 uşaq qatılıb.

İlkin olaraq açılış mərasimi keçirilib, iştirakçılara düşərgənin proqramı barədə məlumat verilib.

Sonra uşaqlara Sağlam Ailə Tibb Mərkəzinin nümayəndəsi Səadət Zərbəliyeva tərəfindən ilkin tibbi yardım qaydaları barədə təlim keçirilib. Uşaqlara təlimdə iştiraklarına dair sertifikatlar və tibbi kartlar təqdim olunub.

Daha sonra psixoloqlarla görüş keçirilib.

Günün sonunda stolüstü oyun saatı təşkil olunub.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radio, baş sponsorlar “Qalaaltı Hotel & Spa”, “PMD Hospitality”, sponsorlar “PAŞA Bank”, “NAR Mobile”, “Rabitə Bank”, “Bravo” marketlər şəbəkəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.