CƏMİYYƏT


“YAŞAT” düşərgəsinin beşinci həftəsinə start verilib

Bakı, 9 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin beşinci həftəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu həftə düşərgəyə Bakı, Yevlax, Ağstafa, Tovuz, Gədəbəy, Zaqatala, Şabran, Tərtər, Beyləqan, Ağdam, Sabirabad, Bərdə, Biləsuvar, Füzuli, Şəki, Qax, Saatlıdan 12-14 yaş aralığında 46 uşaq qatılıb.

İlkin olaraq açılış mərasimi keçirilib, iştirakçılara düşərgənin proqramı barədə məlumat verilib.

Sonra uşaqlar arasında tanışlıq əlaqələrinin qurulması məqsədilə psixoloqlar tərəfindən qrup oyunları təşkil olunub.

Günə stolüstü idman oyunları ilə yekun vurulub.

Qeyd edək ki, düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radio, baş sponsorları “Qalaaltı Hotel & Spa”, “PMD Hospitality”, sponsorlar “Paşa Bank”, “NAR Mobile, “Rabitə Bank”, “Bravo” marketlər şəbəkəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.