İQTİSADİYYAT


YAXIN ALTI AY ƏRZİNDƏ NEFTİN QİYMƏTİ AŞAĞI DÜŞMƏYƏCƏK

AZƏRTAC-ın xüsusi müxbirinin Parisdən verdiyi xəbərə görə, dünyanın neft birjalarında yaxın aylarda vəziyyət qeyri-müəyyən olacaq, bu da ən azı gələn ilin fevral ayınadək neftin qiymətini yüksək səviyyədə saxlamaq meyllərini gücləndirəcəkdir. Britaniyanın nüfuzlu Qlobal Enerji Tədqiqatları Mərkəzinin bu yaxınlarda yayılmış məruzəsindən belə nəticə çıxarılmışdır.

Bu proqnoz dünya neft bazarının gəldiyi qənaətə əsaslanır. Sənəddə deyilir ki, İraq uzun müddət “qeyri-müəyyən neft ixracçısı” olacaqdır. Ölkənin həddindən artıq zəif qorunan neft kəmərlərində son vaxtlar baş vermiş təxribatlar İraqdan neft ixracının həcminin azalmasına və ölkənin yenidən tam gücü ilə dünya bazarlarına qaytarmasının ləngiməsinə səbəb olmuşdur.

Dünya bazarlarında yaranmış vəziyyət OPEK-in və Səudiyyə Ərəbistanının mövqelərini gücləndirəcəkdir. Səudiyyə Ərəbistanı daha çox sərbəst neft ehtiyatlarına malikdir və gələcəkdə İraqdan neft ixracının həcmi azalarsa, bunun kompensasiyası üçün həmin ehtiyatlardan tezliklə istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.