MƏDƏNİYYƏT


“YAY” qalereyasında “Cismani peyzajlar” adlı qrup sərgisi açılacaq

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 8-də “YAY” qalereyasında “Cismani peyzajlar” adlı qrup sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov və Səbinə Şıxlinskayanın əsərləri yer alacaq.

İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca bu iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnika və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə olunur və qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edir.

XX əsrin əvvəllərində tanınmış holland rəssamı Pit Mondrian qadın (maddi) və kişi (mənəvi) elementlərini birləşdirən, qeyri-binar varlıq kimi qiymətləndirilən rəssam haqqında nəzəriyyə işləyib hazırlayıb. Həmin dövrdə bir çox nəzəriyyəçilər və rəssamlar hələ də bipolyar gender identifikasiyası ilə bağlı incəsənətin “qadın” və “kişi” komponentlərindən bəhs edən oxşar nəzəriyyələri həyata keçirməyə cəhd göstərirdilər.

Sərgidə müxtəlif peyzajlar nümayiş etdiriləcək. Bu peyzajlarda təbiət insani cizgilər kimi təsvir olunur və insan bədəni obyektivləşdirilərək, hər hansı gender mənsubiyyətindən ayrılma, dünyəvi forma və rənglər, daxili durumun parlaq proyeksiya səthlərində yox olma təəssüratını yaradır.

Sərgi sentyabrın 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.