MƏDƏNİYYƏT


YAY qalereyasında növbəti sərgi açılıb

Bakı, 18 fevral, AZƏRTAC

YAY qalereyasında tanınmış rəssam Sultan Sultanlının “Gizli qalmış gözəllik” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, kuratoru Lesli Qrey olan sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Qalereyanın birinci mərtəbəsində kənd həyatının təsviri ilə yan-yana asılan fantastik mənzərələrin rəsmləri, təbiəti təkcə gözəllik və möcüzə deyil, həm də məqsəd və əmək mənbəyi kimi araşdırır. Onun meşələr və nohurların fonunda təsvir etdirdiyi heyvan rəsmləri, “təbii harmoniyanın cənnəti” anlamını ifadə edir. Çobanlar, bağbanlar və kəndlilərin rəsmlərində isə təbiət, həyat üçün lazım olan hər şeyi təmin edən mükafat kimi təqdim edilir.

Soltan Soltanlı, həm də qrafik rəssam kimi çox yaxşı tanınır və öz əsərlərinə görə, bir çox beynəlxalq mükafatlara layiq görülüb. Birinci mərtəbədə, rəssamın qrafik əsərlərindən və akvarel boyalardan ibarət kapsul kolleksiyası, habelə karikatura və realizmi bir araya gətirən, fərqli fərdi üslubu ilə çəkdiyi portretlər nümayiş olunur.

İkinci mərtəbədə insanlığın təbiətə və bilavasitə rəssamın özünə bağlılığını ifadə edən portretlərin kolleksiyası yerləşdirilib. Qalereyanın sağ divarı boyunca, ailə həyatının detallarını və intim məqamlarını əks etdirən məişət səhnələrindən ibarət silsilə əsərlər yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.