İQTİSADİYYAT


“YEDDİ GÖZƏL” “ƏN DADLI ÇAXIR” FESTİVALININ QALİBİ OLMUŞDUR

Azərbaycanın “Yeddi Gözəl” şərabı Bolqarıstanın Blaqoevqrad şəhərində keçirilən “Ən dadlı çaxır” festivalının qalibi olmuşdur.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, hər il olduğu kimi, bu il də Bolqarıstanda ənənəvi “Ən dadlı çaxır” festivalı keçirilmişdir. Bolqarıstanın Amerika Universitetində təhsil alan və “Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin fəal üzvləri olan azərbaycanlı tələbələr festivala Gəncə şərab-2 zavodunun istehsal etdiyi “Yeddi Gözəl” şərabını təqdim etmişlər. Öz dadı və keyfiyyətinə görə Azərbaycan şərabı münsiflər heyətinin yekdil qərarı ilə “Ən dadlı çaxır” adına layiq görülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.