YEDDİ YAŞLI AZƏRBAYCANLI DÜNYA REKORDUNU TƏZƏLƏMİŞDİR
AzerTAg.az
Lənkəran rayonunun Aşağı Nüvədi kəndinin yeddi yaşlı sakini Ələsgər Rəhim oğlu Həsənzadə Moskva şəhərində keçirilən idman yarışının qalibi olmuşdur. O, 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ələsgər Həsənzadə dünyada Ginnesin rekordlar kitabına düşən ilk azyaşlıdır. Balaca idmançı qızıl medalla və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilmiş, Ginnesin rekordlar kitabında fəxri üzv kimi qeydə alınmışdır.
Beynəlxalq Rekordlar və Nailiyyətlər Agentliyindən Azərbaycan Prezident İlham Əliyevə ünvanlanmış məktubda Ələsgər Həsənzadə milli nailiyyət kimi dəyərləndirilmişdir. Ölkəmizin başçısı cənab İlham Əliyev ötən il Lənkəranda Olimpiya idman kompleksinin açılışında iştirak edərkən, Ələsgər Həsənzadə ilə görüşmüşdür.
Xəbərin mətnində orfoqrafik səhv var