SİYASƏT
YEGANƏ BABAYEVANIN ÇIXIŞI
Sonra Təhsil Şurasının Lənkəran rayon nümayəndəsi, 4 nömrəli orta məktəbinin müəllimi YEGANƏ BABAYEVA söz alaraq dedi ki, müasir dünyanın siyasi xadimləri arasında çox az şəxsiyyət tapmaq olar ki, mənsub olduğu xalqın təhsilinin, elminin, mədəniyyətinin, ədəbiyyatının inkişafına bu qədər ardıcıl qayğı göstərsin. 1970-1980-ci illərdə təkcə Lənkəranda 5 nəfərə “Əməkdar müəllim” fəxri adı verilmiş, 12 nəfər “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, 5 nəfər medallarla,
52 nəfər “Respublikanın qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunmuş, 4 nəfər “SSRİ-nin maarif əlaçısı” adına layiq görülmüşdü.
Qarşıdakı prezident seçkilərinə az müddət qaldığını söyləyən natiq dedi ki, çoxları prezident olmaq arzusundadır. Ancaq xalq kimin kim olduğunu çox yaxşı bilir. Biz, cənub zonasının təhsil işçiləri yalnız bir nəfəri – xalqımızın görkəmli oğlu, ölkəmizdə sabitliyin təminatçısı, dünya siyasət meydanında öz dəst-xətti olan Heydər Əlirza oğlu Əliyevi yenidən Prezident görmək istəyirik və onun namizədliyini dəstəkləyirik.