DÜNYA
YEMƏK YARIŞININ DA QALİBİ OLUR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Amerikalı Sonya Tomas omar yemək üzrə beynəlxalq yarışın qalibi olmuşdur. Yarış Kennebankport şəhərində (Men ştatı) keçirilmişdir. Aleksandriya şəhərinin (Virciniya ştatı) sakini, çəkisi cəmi 47,6 kiloqram olan bu qadın 12 dəqiqəyə 4,4 kiloqram omar əti yemişdir.
Amerikada belə yarış ikinci dəfə keçirilmişdir. Təşkilatçılar ümid edirlər ki, yarış ilbəil populyarlaşaraq, hot-doq yemək üzrə Nyu-Yorkun Bruklin rayonunda, ilbiz yemək üzrə isə Yeni Orleanda keçirilən çempionatlardan heç də geri qalmayacaqdır.
İndiki yarış Qida Qəbulu üzrə Beynəlxalq Yarışlar Federasiyasının himayəsi ilə keçirilmişdir. Bu təşkilat Sonya Toması müxtəlif ərzaq yemək sürətinə görə çempion elan etmişdir. Məsələn, bir neçə gün əvvəl 2 dəqiqə 47 saniyəyə o, 3,8 kiloqram donuz əti ilə bişmiş paxla yemişdir. Sonyanın soyutma yumurta yeməkdə də tayı-bərabəri yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]