REGİONLAR


YEM BİTKİLƏRİNİN YENİ MƏHSULDAR SORTLARI SEÇİLİR

Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun mütəxəssisləri yem bitkilərinin məhsuldar sortlarının seçilməsi sahəsində ciddi tədqiqat işləri aparırlar. Bu məqsədlə ötən ilin noyabrından başlayaraq, Beyləqanın Təzəkənd, Şamaxının Şəhriyar, Qızmeydan, Tovuzun Mülkülü, Qobustanın Xilmilli kəndlərində Müsabiqəli Qrant Proqramı çərçivəsində “Yem bitkilərinin yeni məhsuldar sortlarının fermerlərin iştirakı ilə seçilib yayılması” layihəsi həyata keçirilir.

Alimlər fermerlərlə birlikdə bu bitkilərin yayılmasının və istifadə olunmasının mövcud vəziyyətini öyrənir, səmərəli becərmə texnologiyasını tətbiq edir, bölgələrə uyğun olaraq, yonca, xaşa və arpanın yeni məhsuldar sortlarını sınaqdan çıxarır, istehsal olunmuş yemin saxlanmasının səmərəli üsulunu araşdırırlar.

Bu ilin noyabrında başa çatacaq layihə vahid əkin sahəsində daha çox məhsul istehsal olunmaqla, torpaqdan səmərəli istifadə etməyə, yem istehsalını, heyvandarlıq məhsullarını artırmağa imkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.