İQTİSADİYYAT


YENİKƏND SES QIŞA HAZIRDIR

“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkənin enerji obyektlərinin qış mövsümünə hazırlığı proqramı çərçivəsində Yenikənd SES-dəki üçüncü hidroaqreqatın təmiri başa çatmışdır.

SES-in növbə rəisi Yaqub Abbasovun sözlərinə görə, hidroaqreqatın təmir-profilaktika işləri stansiyanın briqada və xidmətlərinin gücü hesabına vaxtından 4 gün əvvəl yerinə yetirilmişdir. Birinci və ikinci aqreqatlarda da bu cür tədbirlər həyata keçirilmişdir, dördüncü blokun isə təmirə ehtiyacı yoxdur. Növbə rəisi vurğulamışdır ki, görülmüş işlərin həcmi SES-in qış mövsümündə etibarlı və fasiləsiz işləməsini təmin etməyə imkan verəcəkdir.

Qeyd edək ki, Yenikənd SES Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir və hər biri 37,5 MVt gücündə 4 aqreqatı var. Hər gün SES-də təxminən 500 min kilovat-saat elektrik enerjisi hasil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.