İDMAN


YENİYETMƏLƏRİN 4-CÜ RESPUBLİKA OYUNLARININ FİNAL MƏRHƏLƏSİNDƏ AYRI-AYRI NÖVLƏR ÜZRƏ YARIŞLAR BAŞA ÇATMIŞDIR

Yeniyetmələrin 4-cü Respublika oyunlarının final mərhələsi yarışlarında yüngül atletika, taekvondo, yunan-Roma güləşi üzrə qaliblər məlum olmuşdur. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, taekvondo üzrə ümumi hesabda 1-ci yerə paytaxt komandası, 2-ci yerə Ağsu məktəbliləri, 3-cü yerə isə Tovuz idmançıları çıxmışlar. Taekvondoçular arasında təkbətək yarışlar “Dinamo” idman cəmiyyətinin salonunda keçirilmişdir. Məşqçilərin və mütəxəssislərin fikrincə, 38 kiloqram çəki dərəcəsində qalib gəlmiş İsmayıl Mövsümbəylinin perspektivli idmançı olmaq üçün yaxşı imkanı var.

Yüngül atletlər arasında mükafata layiq yerləri Bakı və Sumqayıt komandaları tutmuşlar. Bu yarışlar Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilmişdir. Yunan-Roma güləşi yarışlarında da Bakı komandası qalib gəlmişdir. İkinci yerə sumqayıtlılar, üçüncü yerə isə mingəçevirlilər çıxmışlar.

Xatırladaq ki, idmanın 16 növü üzrə keçirilən yarışlar mayın 21-də başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.