İDMAN


YENİYETMƏLƏRİN RESPUBLİKA OYUNLARININ FİNAL MƏRHƏLƏSİ DAVAM EDİR

Yeniyetmələrin 4-cü Respublika oyunlarının final mərhələsinin yarışları davam edir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-in müxbirinə bildirmişlər ki, Voleybol Federasiyasının idman kompleksində keçirilən voleybol yarışlarında 20 kollektiv (qızlar) arasında birinci yeri Bakı komandası, ikinci yeri Qusar voleybolçuları, üçüncü yeri isə sumqayıtlılar tutmuşlar. Oğlanlardan ibarət 25 komanda arasında birinci yerə Masallı, ikinci yerə Bakı, üçüncü yerə isə Şəki komandaları sahib olmuşlar.

Bakı tennis kompleksində keçirilən böyük tennis yarışlarında 27 oğlan və 15 qız iştirak etmişdir. Bütün mükafata layiq yerlərə Bakı tennisçiləri çıxmışlar. Oğlanlar arasında birinci yerə İlkin Əliyev, ikinci yerə İdris Məmmədov, üçüncü yerə Kamran Zeynalov layiq görülmüşlər. Qızlar arasında Səyyarə Məmmədova birinci, İnarə Vəliyeva ikinci, Səbinə Aqarunova isə üçüncü yerləri tutmuşlar.

Maştağadakı Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş yarışlarında 44 şəhər və rayondan 350 idmançı iştirak etmişdir. Komanda hesabında ilk iki yerə Bakı güləşçiləri, üçüncü yerə isə Əli Bayramlı pəhləvanları çıxmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.