İDMAN
YENİYETMƏ BOKSÇULARIN ÖLKƏ BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində 15-16 yaşlı boksçular arasında Azərbaycan birinciliynə yekun vurulmuşdur. Birincilikdə 40-dək komandanın tərkibində 200-dən çox idmançı mübarizə aparmışdır.
Yarışın nəticələrinə əsasən, Bəxtiyar Nadirov (46 kq), Sədi Əliyev (48 kq), İlkin Ağayev (50 kq), Şəhriyar Tağıyev (52 kq), Elnur Əliyev (54 kq), İsmət Eynullayev (57 kq), Ağakərim Abdullayev (60 kq), Murad Ağamalıyev (63 kq), Fərid Ağayev (66 kq), Nahid Quliyev (70 kq), Rəşad Abdullayev (75 kq), Malik Məmmədzadə (80 kq) və Elçin Vəliyev (86 kq) ölkə çempionu olmuşlar.