İDMAN
YENİYETMƏ GÜLƏŞÇİLƏRİMİZ 5 MEDALQAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Tver şəhərində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilmişdir.
Yarışda Azərbaycan, Ukrayna, Belarus, Tacikistan və Rusiyadan 250 idmançı iştirak etmişdir.
Turnirdə ölkəmizi baş məşqçi Mürsəl Qasımovun rəhbərliyi ilə “Lokomotiv” idman cəmiyyətinin 8 pəhləvanı təmsil etmişdir.
42 kiloqram çəki dərəcəsində Orxan Cabbarlı fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərhad Aydınlı 2-ci, Taryel Məmmədov (46 kq), Fərid Ağayev (54 kq), Zaur İslamzadə (76 kq) 3-cü yeri tutmuşlar.
Ümumi komanda hesabında Azərbaycan güləşçiləri 16 komanda arasında 3-cü yeri tutmuşlar.