YENİ ELEKTRON KİTABXANA
Naxçıvan Dövlət Universiteti üçün tikilən yeni elektron kitabxana 590 kvadratmetr sahəni əhatə edir. Burada quraşdırılacaq 25 kompüter internetə qoşulacaq və kompüterlərdə yaradılacaq elektron kataloqlar sisteminə elmi əsərlər, dərsliklər, məlumat kitabçaları və digər ədəbiyyatlar daxil ediləcəkdir. Hazırda kitabxananın olduğu ərazidə abadlıq işləri aparılır, fəvvarələr quraşdırılır, hovuz tikilir.
İnşaatçılar yeni elektron kitabxananı ümummilli liderimiz Heydər Əliyevin doğum gününədək istifadəyə vermək əzmi ilə çalışırlar.