ELM VƏ TƏHSİL


YENİ ELMİ LAYİHƏ 35 MİN ABŞ DOLLARI MƏBLƏĞİNDƏ QRANT VƏSAİTİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR

Azərbaycan Milli Elm Fondu və Amerika Birləşmiş Ştatlarının Mülki Tədqiqatlar və İnkişaf Fondunun Azərbaycan-ABŞ birgə qrantlar proqramı çərçivəsində “Əngəllərin hibrid informasiya təhlili və küylənmiş siqnalların robast analizi” layihəsi 35 min dollar məbləğində qrant vəsaitinə layiq görülmüşdür.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu və Amerika Birləşmiş Ştatları tədqiqatçılar qruplarının birgə hazırladıqları bu elmi layihədə küylənmiş siqnalların əngəllərinin faydalı informasiya daşıyıcısı kimi təhlili üçün ilk dəfə olaraq informasiya texnologiyaları, üsulları, alqoritmləri və proqram vasitələri yaratmaq nəzərdə tutulur.

Alınan qrant vəsaitinin 80 faizi azərbaycanlı tədqiqatçılara veriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.