MƏDƏNİYYƏT
YENİ FƏNNƏ DAİR METODİKİ VƏSAİT NƏŞR EDİLMİŞDİR
“Oskar” nəşriyyatında ibtidai sinif müəllimləri üçün “İrs” fənninə dair metodik vəsait çapdan çıxmışdır. Kitabı müəllim Solmaz Amanova hazırlamışdır.
Metodik vəsaitin müəllifi AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, məktəb proqramında ayrıca “İrs” fənni yoxdur, lakin Bakının bəzi məktəblərində müəllimlər eksperiment kimi bu vəsaitdən istifadə edirlər. Vəsait uşaqların milli mədəniyyət vasitəsilə təlim-tərbiyə və təhsil almasına yönəldilmişdir. Kitabdan xaricdəki Azərbaycan məktəblərində də köməkçi material kimi istifadə oluna bilər.
İllüstrasiya materialları ilə zəngin olan bu vəsaitə görkəmli Azərbaycan şairlərinin əsərlərindən parçalar, qədim hökmdarlar, şairlər, rəssamlar haqqında bioqrafik məlumatlar, eləcə də əfsanələr daxil edilmişdir.