İDMAN


YENİ İDMAN QURĞULARI BAKIDA PAUERLİFTİNQ ÜZRƏ BEYNƏLXALQ YARIŞLARIN KEÇİRİLMƏSİNƏ İMKAN VERƏCƏKDİR

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev AZƏRTAC-a bildirmişdir ki, ümumi dəyəri 5 min avro olan müasir idman avadanlığı alınmışdır.

Finlandiya istehsalı olan 2 dəst idman qurğusu yaxın vaxtlarda quraşdırılaraq idmançıların istifadəsinə veriləcəkdir.

Növbəti aylarda daha iki idman qurğusunun da alınacağını vurğulayan Ə.Əliyev demişdir ki, bu, Azərbaycanda pauerliftinq üzrə beynəlxalq yarışların keçirilməsinə imkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.