MƏDƏNİYYƏT


YENİ İL ŞƏNLİYİNDƏ...“BAŞ TUTMAYAN HİYLƏ”

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni il şənliyi və məktəblilərin qış tətili üçün bəstəkar Rəşid Şəfəqin “Baş tutmayan hiylə” nağıl-tamaşası hazırlanır.

Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rejissor Yusif Əkbərovun quruluş verdiyi nağıl-tamaşada bütün aparıcı aktyorlar iştirak edəcəklər.

Məktəblilər tamaşa zamanı Şaxta baba, Qar qız ilə görüşəcək, rəngarəng əyləncəli proqramlara baxacaq, sürprizlərlə qarşılaşacaq, onlara müxtəlif hədiyyələr veriləcəkdir.

“Baş tutmayan hiylə” dekabrın 28-dən yanvarın 10-dək göstəriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.