İQTİSADİYYAT
YENI INŞA OLUNAN BÜTÜN ÇOXMƏRTƏBƏLI BINALARIN ALTINDA AVTOMOBIL DAYANACAQLARI NƏZƏRDƏ TUTULUR
Bakı şəhərində yeni inşa olunan bütün çoxmərtəbəli binaların altında mənzillərin sayından ən azı iki dəfə çox avtomobilin saxlanılması üçün dayanacaqlar nəzərdə tutulur.
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Adutalıbov AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda Bakıda tikinti işləri İcra Hakimiyyətinin keçmiş rəhbərliyinin sərəncamlarına əsasən aparılır. Lakin inşaatçılardan tələb olunur ki, şəhərin memarlıq üslubuna xələl gətirməsinlər, binaların bünövrəsi avtomobil yollarından 10-15 metr aralıda qoyulsun. Məhz bu səbəbdən bəzi hallarda avtomobil yollarına yaxın tikilməsi nəzərdə tutulan binaların layihələrinin yenidən işlənilməsi tələb edirik.