İQTİSADİYYAT
YENİ LAYİHƏNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
“Lukoyl Holdinq Oversiz Ltd” şirkətinin Daşkənddəki nümayəndəliyi yerli neft-qaz yataqlarının kompleks şəkildə mənimsənilməsi üzrə sərmayə layihəsinin təqdimetmə mərasimini keçirmişdir.
AZƏRTAC-ın Orta Asiya ölkələri üzrə xüsusi müxbiri xəbər verir ki, tədbirdə layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması və hasilatın pay bölgüsünün razılaşdırılması məsələləri müzakirə edilmişdir.
“Özbəkneftqaz” Milli Holdinq şirkəti də investorlar konsorsiumuna daxildir. Şirkətlər “Xauzak”, “Şadı”, “Kandım qrupu” yataqlarında birgə iş aparacaqlar.
Bir milyard ABŞ dolları həcmində investisiya qoyulacaq layihəyə görə, ildə 8,8 milyard kubmetr qaz əldə olunmalıdır. Birinci mərhələdə isə ildə 2-2,5 milyard kubmetr qaz çıxarılması nəzərdə tutulur.