REGİONLAR


YENİ NASOS STANSİYASI İSTİFADƏYƏ VERİLMİŞDİR

Ağdam rayonunun təsərrüfatlarında su qıtlığını aradan qaldırmaq məqsədi İlə 8 kilometr uzunluğunda yeni su xətti çəkilmiş, Xındırıstan kəndində güclü nasos stansiyası tikilib istifadəyə verilmişdir. Yeni suvarma sistemi Avropa Birliyinin ayırdığı 617 min avro hesabına yaradılmışdır. 

Nasos stansiyasının işə salınması sayəsində Quzanlı, Əhmədağalı, Üçoğlan, Xındırıstan kəndlərinin 4 min hektar əkin sahəsini suvarmaq mümkün olacaqdır.

Son vaxtlarda İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi rayonun əkin sahələrində 200-yə yaxın subartezian quyusunu bərpa edib istifadəyə vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.