İQTİSADİYYAT
YENİ QAZ KƏMƏRLƏRİNİN ÇƏKİLİŞİ BAŞA ÇATIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, Prezident İlham Əliyev şirkət qarşısında qaz hasilatını artırmaqla ölkənin təbii qaza olan tələbatını daxili imkanlar hesabına ödəmək vəzifəsi qoymuşdur. ARDNŞ bu məqsədlə xüsusi tədbirlər proqramı işləyib həyata keçirir, qaz yataqlarının istismarını sürətləndirir, yeni kəmərlər inşa edir. Bu günlərdə neftçilər ölkənin təbii qazla təchizatında mühüm rol oynayacaq daha bir uğura imza atmışlar. “İsrafil Hüseynov” borudüzən gəmisi “Günəşli” yatağındakı 4 nömrəli platformadan Neft Daşlarındakı 2 nömrəli Sıxıcı Kompressor Stansiyasına alçaqtəzyiqli qazın ötürülməsi üçün nəzərdə tutulan 19 kilometr uzunluğunda 20 düymlük qaz kəmərinin inşasına başlamışdır. Artıq 8 kilometr uzunluğunda sualtı boru kəməri çəkilmişdir. Fevralın 23-nə kimi boru xəttinin inşasının başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]