İQTİSADİYYAT
YENI SISTEMƏ DAXIL OLAN BANKLARIN SAYI 30-A ÇATDIRILACAQDIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu prinsipin tətbiqi AZİPS banklararası ödəniş sisteminin imkanlarından daha geniş şəkildə yararlanaraq, ölkədə fəaliyyət göstərən banklara onların Milli Bankda saxladıqları manatla məcburi ehtiyat vəsaitlərindən gündaxili klirinq məqsədi ilə istifadə hüququ vermişdir.
Yeni sistemin banklara mərhələli şəkildə tətbiq olunmasının müsbət nəticələrini nəzərə alaraq, AMB ortalanma prinsipi tətbiq olunan bankların siyahısının genişləndirilməsi haqqında qərar qəbul etmişdir. Qərara əsasən, sistemə daxil olan bankların sayı 2004-cü il iyunun 1-dən etibarən 30-a çatdırılacaqdır.
Вu tədbirin həyata keçirilməsi nəticəsində bankların resurs imkanları genişlənəcək, onlar müştərilərin tələblərinə daha çevik reaksiya verəcək banklararası pul bazarının, dövlət qiymətli kağızlar bazarının inkişafına, manata etimadın daha da artmasına müsbət təsir edəcəkdir.