YENİ SU XƏTTİ ÇƏKİLİR
AZƏRTAC xəbər verir ki, Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi Xanlar rayonunda əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə uzunluğu 14 kilometr olan yeni su xəttinin çəkilişinə başlamışdır. Zurnabad kəndi ərazisindən çəkilən kəmərin artıq 10 kilometrində quraşdırma işləri başa çatdırılmışdır. Qalan hissədə işlər sürətlə davam etdirilir.