İQTİSADİYYAT
YENİ TƏDRİS KORPUSU TİKİLİR
Azərbaycan Dövlət İqtisad Universiteti üçün Bolonya sisteminin tələblərinə uyğun 6 mərtəbəli yeni tədris korpusu inşa edilir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, tədrisin müasir səviyyədə aparılması üçün bina geniş kitabxanadan, iri mühazirə zallarından ibarət olacaqdır. Yeni korpusda tələbələrin istirahəti nəzərə alınacaq, auditoriyalar kompüterlə təmin olunacaqdır.
Hazırda binada tamamlanma işləri aparılır. Korpusun açılışı tədris ilinin axırlarında olacaqdır. Burada “Türk dünyası işlətmə” fakültəsi ilə yanaşı, Bolonya sisteminə keçən fakültələrdən biri yerləşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:10]
® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ
- 23.04.2024 [16:27]
® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib
- 23.04.2024 [16:20]
Bakının daha bir prospektində velosiped yolu salınır
- 23.04.2024 [16:11]
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb
- 23.04.2024 [14:44]