İQTİSADİYYAT


YENİ TRANSFORMATORLAR QURAŞDIRILMIŞDIR

Tovuz şəhərində 400 kilovat gücündə yeni transformator quraşdırılmış və bununla da şəhərin gecə saatlarında işıqlandırılması problemi həll edilmişdir.

“BAYVA-Qərb-Enerji” məhdud məsuliyyətli cəmiyyətdən müxbirimizə bildirmişlər ki, Ağstafada, Gədəbəydə və bu rayonun Rüstəm Əliyev kəndində hər biri 100 kilovat gücündə yeni transformatorlar da quraşdırılmışdır. Bundan əlavə, Şınıx bölgəsinin enerji təchizatını yaxşılaşdırmaq üçün 35 kilovoltluq elektrik ötürücü xəttin çəkilişinə və yeni yardımçı stansiyanın tikintisinə də başlanmışdır. Tikintini “Azərenerjixüsusitikinti” idarəsi aparır və yeni yardımçı stansiya yaxın günlərdə istifadəyə veriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.