YENİ TRANSFORMATOR QURAŞDIRILMIŞDIR
“Azərenerji” SC tərəfindən Ağstafa şəhərində 330 kilovatlıq yarım stansiyada 125 meqavatlıq transformator istifadəyə verilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bununla da Gəncəbasar bölgəsinin enerji təminatı və qonşu Gürcüstan Respublikasına enerji ötürülməsi və qəbulu xeyli yaxşılaşdırılmışdır.