CƏMİYYƏT


YENİ YARADILMIŞ MİLLİ PARKLARDA KOMPLEKS ELMİ TƏDQİQATLAR APARILACAQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasının Şirvan və Ağ-göl milli parklarının yaradılması haqqında" Sərəncamının yerinə yetirilməsi üçün təxirəsalınmaz tədbirlər planı hazırlanmışdır. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mühafizə olunan təbiət guşələrinin bazasında təşkil edilmiş yeni milli parklarda bitki və heyvanat aləminin nadir növlərinin mühafizəsinə yönəldilmiş kompleks elmi tədqiqatlar aparılacaq, ekoloji turizm, Azərbaycan vətəndaşlarının və əcnəbi qonaqların istirahəti üçün şərait yaradılacaqdır. Bir sıra qoruqların ərazisinin genişləndirilməsi, yeni milli parklar yaradılması Prezident Heydər Əliyevin ölkəmizin təbiətinə qayğısının, bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasətin bariz sübutudur. İndi nazirlikdə torpaq sahəsinin ayrılmasına və mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsinin 965 min hektara çatdırılmasına dair elmi əsaslar hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.