İQTİSADİYYAT
YERALTI QAZ ANBARLARINA REKORD HƏCMDƏ QAZ VURULMUŞDUR
Əhalinin və sənaye obyektlərinin qazla təminatını yaxşılaşdırmaq barədə Azərbaycan Prezidentinin tapşırıqlarını yerinə yetirmək üçün respublikamızın qaz təsərrüfatının işçiləri tərəfindən 2004-2005-ci illərdə yeraltı anbarların tutumunu artırmaq məqsədi ilə görülən tədbirlər və aparılan yenidənqurma işləri nəticəsində indiyədək bu qədər qaz ehtiyatı yaratmaq mümkün olmuşdur. Bu, son 15 il ərzində respublikamızda əldə edilmiş ən yüksək göstəricidir.
1990-cı ildən bəri ilk dəfə olaraq yeraltı qaz anbarlarına vurulan təbii qazın həcminin ən yüksək həddə-900 milyon kubmetrə çatdırılması təbii qaz təminatının yaxşılaşdırılması üçün dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlərin və ölkənin yanacaq-energetika sektorunun qaz təsərrüfatı sahəsində çalışan işçilərinin fədakar əməyi sayəsində mümkün olmuşdur.
Yeraltı qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir.