SİYASƏT
YEREVANDA MİTİNQ İŞTİRAKÇILARI İLƏ POLİS ARASINDA TOQQUŞMA OLMUŞDUR
Fevralın 20-də Yerevanda prezident seçkilərinin ilkin nəticələrindən narazı qalan müxalifət qüvvələri mitinq keçirmişlər.
İnterfaks agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərə görə, 10 min nəfərin iştirak etdiyi mitinqdə müxalifət ilə polis arasında münaqişə baş vermişdir. Polis MSK-nın binasına yürüş etmək istəyən mitinqçilərin yolunu kəsmişdir.
ATƏT-ın və AŞPA-nın müşahidəçiləri indiki mərhələdə seçkiləri legitim hesab etməkdə çətinlik çəkirlər. Onların fikrincə, seçicilərin səsləri hesablanarkən seçkilərin nəticələrinə təsir edə biləcək bir sıra ciddi qanun pozuntuları qeydə alınmışdır.