ELM VƏ TƏHSİL
YEREVAN KİYEVİ İRAN-ERMƏNİSTAN QAZ KƏMƏRİ TİKİNTİSİ ÜÇÜN MÜSABİQƏDƏ İŞTİRAKA DƏVƏT EDİR
AZƏRTAC-ın Kiyevdən aldığı xəbərə görə, Ermənistan Ukraynanı İran-Ermənistan qaz kəməri tikintisi üçün müsabiqədə iştiraka dəvət edir.
Ticarət-iqtisadi məsələlərə dair Ukrayna-Ermənistan komissiyasının iclası başa çatdıqdan sonra Ukraynanın Baş naziri Viktor Yanukoviçlə birgə mətbuat konfransında Ermənistan hökumətinin başçısı Andranik Marqaryan bildirmişdir ki, bu məsələ iclasda əsas məsələlərdən biri olmuşdur.
A.Marqaryan demişdir ki, hazırda Ermənistanla İran arasında bu qaz kəmərinə dair texniki məsləhətləşmələr gedir, bundan sonra həmin layihənin maliyyələşdirilməsi məsələsi müzakirə olunacaqdır. Sonra isə qaz kəmərinin tikintisi üçün müsabiqə keçiriləcəkdir. O demişdir: “Biz əminik ki, Ukrayna həmin layihədə iştirak edəcəkdir”.