SİYASƏT
YERLİ İCMA VƏ BƏLƏDİYYƏLƏR ÜÇÜN LAYİHƏ HƏYATA KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ-ın Beynəlxalq Xilasetmə Komitəsinin ölkəmizdəki nümayəndəliyi yerli icma və bələdiyyələrin imkan və bacarıqlarının artırılmasına kömək məqsədi ilə “Birləşmiş İcma İnkişafı” layihəsini həyata keçirir. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihədən əsas məqsəd Beyləqan, Biləsuvar, İmişli, Füzuli, Saatlı rayonlarında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə bələdiyyələrə texniki yardımların göstərilməsi, onlar arasında məqsədyönlü əlaqələrin yaradılması, yeni biznes planlarının hazırlanması, onlara marketinq və digər məsələlər üzrə məsləhətlərin verilməsidir.
Ümumilikdə 302 638 vətəndaşı əhatə edəcək bu layihə əsasında həm də gender, ətraf mühit, gənclər, təhsil və səhiyyə sahəsinə həsr olunmuş seminarların keçirilməsi nəzərdə tutulmuşdur.