İDMAN
YIĞMA FUTBOL KOMANDAMIZIN İKİNCİ YOLDAŞLIQ GÖRÜŞÜ DƏ HEÇ-HEÇƏ BAŞA ÇATDI
Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hər iki tərəfin fərqlənmək imkanı olsa da, qapılara top vurulmadı - 0:0.
İkinci hissədə isə Azərbaycan millisi hesabı açdı. Yığmamızın əks-hücumu zamanı Türkiyə millisinin 2 nömrəli oyunçusu Topuz Mehmet cərimə meydançasında boş qapıya ünvanlanan topu əli ilə çıxardığına görə, rəqib qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini Rəşad Sadıqov dəqiq yerinə yetirdi - 1:0. Lakin, bundan sonra, hücumların kəsərini artıran Fatih Terimin yetirmələri 77-ci dəqiqədə Hasan Kabzenin qolu sayəsində hesabı bərabərləşdirdilər - 1:1. Görüş bu hesabla başa çatmışdır.
Beləliklə, yığma komandamızın bu il keçirdiyi ikinci yoldaşlıq oyunu da heç-heçə başa çatdı. Xatırladaq ki, fevralın sonlarında Bakıda Ukrayna yığması ilə keçirilən görüş də 0:0 hesabı ilə qurtarmışdı.